"Aliment Fondunun yaradılması çox zəruridir. Ona görə ki, borcluların 70%-dən çoxu işsiz, gəliri olmayan şəxslərdir. Bu insanlara sanksiya tətbiq etməklə uşaqların rifahını, onların davamlı olaraq maddi tələbatını ödəməsinə nail ola biləcəyik? Bu barədə düşünməyə dəyər".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi ictimai dinləmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

Şöbə müdiri qeyd edib ki, boşanmaların 70 faiz təşəbbüskarı qadınlardı: "Bunun səbəbi nədir? Məişət zorakılığı faktları var. Boşanma proseslərində 70 faiz xasiyyətin uyğun gəlmədiyini əsas gətirirlər. Görünür burada daha dərin səbəblər var".

Anar Kəlbiyev