"Hər hansı digər ölkə kimi, Ermənistan da qlobal tranzit marşrutlarının bir hissəsi olmaq üçün öz logistik marşrutlarına sahib olmaq və ya təşviq etmək üçün əlindən gələni edir". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Hindistanın WION media orqanına müsahibəsində deyib. 

Nazirin sözlərinə görə, bu baxımdan yeni imkanların araşdırılması Ermənistan üçün son dərəcə vacibdir: "Üstəlik, biz öz təşəbbüsümüzlə çıxış etmişik, “Sülhün kəsişməsi” ilk növbədə Cənubi Qafqazda bütün nəqliyyat və tranzit infrastrukturunun blokdan çıxarılmasını nəzərdə tutur, lakin bu təşəbbüs həm də Cənubi Qafqazdan kənara çıxır. Xüsusən nəzərə alaq ki, onun həyata keçirilməsi regionun üç ölkəsinə müsbət təsir göstərəcək. Buna görə də biz yeni tranzit marşrutlarının, o cümlədən limanların, dəmir yollarının, elektrik və internet kabellərinin araşdırılmasında maraqlıyıq.

Buna nail olmaq üçün biz təbii ki, ilk növbədə qonşularımızla, o cümlədən Azərbaycanla danışıqlara diqqət yetiririk. Biz hər iki ölkə üçün faydalı olan qarşılıqlı faydalı təklif təqdim etmişik".

Mirzoyan həmçinin qeyd edib ki, Ermənistanın Türkiyə ilə əlaqəsini təmin edəcək sərhədlərin açılması və dəmir yolu infrastrukturumuzun yenidən işə salınması ilə bağlı Türkiyə ilə danışıqlar davam etdirilir.

Ağarza Elçinoğlu