Bərdədə 17 yaşlı qız kanalda batıb
Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin “112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda batdığı ehtimal olunan 2008-ci təvəllüdlü Xəlilova Gülçin Cəfər qızının axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.
*** 09:58
Bərdədə intihar hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, kanalda batan 2008-ci il təvəllüdlü Bərdə şəhər sakini Xəlilova Gülçin Cəfər qızı intihar məqsədi ilə bu addımı atıb.
Hazırda hadisə yerinə FHN-nin dalğıc axtarış qrupu cəlb olunub.
Ehtiram Muradov