Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yaşayış binasında yanğın baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində ondoqquzmərtəbəli yaşayış binasının onbeşinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 76kv.m. olan birotaqlı mənzilin yanar konstruksiyaları və eyvanı ümumilikdə 16 kv.m. sahədə yanıb.

Xilasedicilər tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 12 nəfər bina sakini təxliyə edilib.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

***

01:07

Paytaxtda 8-ci kilometr bazarının yaxınlığındakı çoxmərtəbəli binalardan birində yanğın başlayıb. 

"Unikal"ın məlumatına görə, Pronto MMC-yə məxsus 19 mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ev yanır. 

Əraziyə FHN texnikası və canlı qüvvəsi cəlb olunub. 

Ağarza Elçinoğlu