Yük avtomobili dəmir lövhəyə çırpılılıb.
"Unikal"ın məlumatına görə, hadisə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun Şabran rayonu yaxınlığından keçən hissəsində baş verib.
Belə ki, idarəetməni itirən yük avtomobili yolun kənarındakı dəmir lövhəyə çırpılıb. Nəticədə avtomobilin kabinə hissəsi parçalanıb.
Hadisə zamanı xəsarət alan şəxsin olmadığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Asiman Qaraca
❗️Yük maşını ödənişli yolda q*za törətdi pic.twitter.com/Objeg9FDhV
— Unikal.az (@UnikalOrgPortal) March 21, 2025