Şimali Koreya lideri Kim Çen In Pxenyanda 10 000 mənzillik yeni yaşayış binası açıb.
"Unikal" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Şimali Koreya lideri müasir yaşayış evlərinin yaradılmasının gecikməsinə görə yerli sakinlərdən də üzr istəyib. Tədbirdə KXDR-in baş naziri Pak Thae Son və aparıcı partiya və hökumət rəsmiləri iştirak ediblər.