Şabranda sel nəticəsində həlak olanların sayı 3-ə çatıb.
"Unikal" xəbər verir ki, Siyəzən rayon sakini, 63 yaşlı Füzuli Mövlud oğlu Paşayevin meyiti Şabran rayonu Dağbilici kəndi yaxınlığında, çay kənarında aşkarlanıb.
Mərhumun seldə boğulduğu bildirilir.
Hazırda faktla bağlı araşdırma aparılır.
*** 11:20
Aprelin 16-da Şabrançayın Şabran rayonu, Xəlifələr kəndindən keçən hissəsindəbatan 2 nəfərin kimliyi müəyyənləşib.
"Unikal" xəbər verir ki, 59 yaşlı Şirvan şəhər sakini Məmmədov Nurməmməd Qəhrəman oğlu və 63 yaşlı Salyan rayon sakini Nağıyev Etibar Hafiz oğlunun meyitləri FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.
***
10:18
Aprelin 16-da Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində batan 2 nəfərin meyitinin çayın sahilindən götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
"Unikal" FHN-ə istinadən xəbər verir ki, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib.