Rus Coğrafiya Cəmiyyətinin Həştərxan vilayəti üzrə bölməsinin rəhbəri Pyotr Buxaritsin Xəzər dənizinə ekspedisiya zamanı yoxa çıxıb. 

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

76 yaşlı alimin yaşayış olmayan Ukatnı (Xəzər dənizinin şimalında, Volqa çayının deltasında yerləşən ada - red.) adasına ekspedisiya zamanı yoxa çıxdığı məlum olub. 

Məlumata görə, alim aprelin 19-dan axtarılır. Mütəxəssislər axtarış aparmaq üçün bir sərhəd gözətçi gəmisi və iki qayıqdan istifadə ediblər.

Ağarza Elçinoğlu