Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən avtomobil təmiri sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tam söndürülüb.
FHN-dən "Unikal"a verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 400kv.m. olan ikimərtəbəli obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 60 kv.m. olan avtomobil təmiri sexinin yanar konstruksiyaları, “BMW” markalı minik avtomobilinin yanar hissələri, bitişik ümumi sahəsi 20kv.m. olan birotaqlı evin və sahəsi 6 kv.m. olan yardımçı tikilinin tavanı ümumilikdə 12kv.m. sahədə, obyektin 2-ci mərtəbəsində yerləşən tikiş sexinin yanar konstruksiyaları 10kv.m. sahədə yanıb.
Obyektin, evin və yardımçı tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
*** 17:45
Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən avtomobil təmiri sexində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb.
FHN-in Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
17:30
Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində avtomobil təmiri sexində yanğın baş verib.
FHN-in Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
17:25
Sabunçu rayonunun Zabrat qəsəbəsində yanğın başlayıb.
"Unikal"ın məlumatına görə, Zabrat-2 qəsəbəsindəki avtoservis yanır. Avtoservisin içərisində avtomobil də yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Murad İbrahimli