Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev Şimali Kipr Türk Respublikasında keçirilən “TEKNOFEST” aviasiya festivalında iştirak edib.
"Unikal" xəbər verir ki, A.Musayev festivalda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
İdmançı Ərdoğanla görüşündə Azərbaycanın hər zaman Şimali Kipr Türk Respublikasının yanında olduğunu bildirib: "Hər zaman türk qardaşlarımızla bərabərik. Şimali Kipr Türk Respublikası vətənimzidir”.
Bununla yanaşı, A. Musayevlə “TEKNOFEST” İdarə Heyətinin sədri Selçuk Bayraktar arasında da görüş olub.
O, “Baykar” şirkətinə II Qarabağ müharibəsində “Bayraktar TB2” pilotsuz uçuş aparatı ilə verdiyi dəstəyə görə təşəkkür edib.
Eyni zamanda, idmançı Türkiyənin xarici işlər naziri Hakan Fidanla da həmsöhbət olub.