Pakistan nəzarət xəttində Hindistanla gedən döyüşlərdə 40 mülki vətəndaş və 11 əsgərin həlak olduğunu bildirib.
"Unikal" xəbər verir ki, bu barədə Pakistan Ordusu məlumat yayıb.
Bildirilir ki, Hindistanın zərbələri nəticəsində 121 mülki şəxs və 78 ordu əməkdaşı yaralanıb.
Mayın 10-da tərəflər atəşkəs barədə razılığa gəliblər, lakin bir neçə saat sonra Cammu və Kəşmirin bir sıra şəhərlərində, eləcə də Pəncabda pilotsuz təyyarələr aşkarlanıb və hava hücumundan müdafiə sistemləri işə salınıb. Mayın 12-də “Hindustan Times” qəzeti mənbələrə istinadən yazıb ki, Hindistan Pakistanla yalnız hərbi səviyyədə danışıqlar aparacaq, siyasi təmaslar olmayacaq.
Gülayə Mecid