Mingəçevirdə partlayış olub.

"Unikal"ın məlumatına görə, hadisə bağlar yaşayış massivi ərazisində yerləşən fərdi evdə baş verib. Belə ki, qaz sızması nəticəsində baş verən partlayış dağıntıya səbəb olub. Hadisə zamanı 1986-cı il təvəllüdlü Səidə Bayramova yaralanaraq xəstəxanaya yerləşdirilib. Vəziyyəti kafidir. 

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov