27.05.2025-ci il tarixində saat 22:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1 nəfər 1966-cı il təvvəllüdlü şəxs (kişi cinsli) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub. 

TƏBİB-dən "Unikal"a bildirilib ki, xəsarət alana qarının kəsilmiş-deşilmiş yarası diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Vəziyyəti ağır qiymətləndirilir. 

Daha ixtisaslı tibbi xidmət üçün müvafiq tibb müəssisəsinə təxliyə olunub.

***

Ağstafa rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, qəza rayonun Poylu qəsəbəsi ərazisində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1966-cı il təvəllüdlü Oktay Məmmədovu vurub.

Yaralı dərhal xəstəxanaya çatdırılıb və həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov