Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

"Unikal" xəbər verir ki, ümumi çəkisi 2 ton 692 kiloqram olan 8643 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.