Şəmkirdə minik avtomobilinin aşması nəticəsində xəsarət alanlardan 4 nəfər vəziyyətləri ağır olduğundan Gəncə şəhərinə aparılıb.
"Unikal"ın məlumatına görə, xəsarət alanlar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Bunlar, 1971-ci il təvəllüdlü Z.Məmmədov, 1972-ci il təvəllüdlü G.Yolçuyev,1983-cü il təvəllüdlü N.Səfərov və 1979-cu il təvəllüdlü E.Süleymanovdur.
***
Şəmkirdə minik avtomobilinin dərəyə aşması nəticəsində xəsarət alan 5 nəfərin adları məlum olub.
"Unikal"ın məlumatına görə, xəsarət alan şəxslər 1971-ci il təvəllüdlü Z.Məmmədov, 1972-ci il təvəllüdlü G. Yolçuyev,1983-cü il təvəllüdlü N.Səfərov,1991-ci il təvəllüdlü O.Məmmədov və 1979-cu il təvəllüdlü E. Süleymanovdur.
Xəsarət alanlardan dörd nəfərinin vəziyyətinin orta-ağır olduğu bildirilir.
***
1 iyun, saat 22:48
Şəmkirdə qəza olub.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Sərxan kəndi əzazisində qeydə alınıb. Belə ki hərəkətdə olan "Mitsubishi" markalı minik maşını yoldan çıxaraq dərəyə aşıb.
Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya aparılıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Tural Əhmədov