Türkiyənin məşhur aktyoru Kadir İnanırın görüntüsü yayılıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kadir İnanırın səhhəti sevənlərini olduqca narahat edir. Belə ki, onun əlil arabasında olması və olduqca arıqlaması onu sevənləri kədərləndirib.

Qeyd edək ki, 24 Mart 2024-cü ildə beyin damarında qan laxtalanması səbəbindən təcili olaraq Ümraniye Təhsil və Araşdırma Xəstəxanasına aparılıb və reanimasiya prosesindən sonra evə buraxılmışdı.

Müalicəsi hələ də davam edən İnanır 5 aya yaxındır ki, fizioterapiya müalicəsi alır.