Göygöldə iki maşının toqquşması zamanı ölən şəxsin kimliyi məlum olub.

"Unikal"ın məlumatına görə, ölən şəxs "MAZ" markalı yük maşınının sürücüsü 1972-ci il təvəllüdlü S.Abdullayevdir.

XXX

17:21

Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Unikal” xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib. Onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Tural Əhmədov