Rusiya və Çin İranı niyə dəstəkləyir?
18:14 05-05-2012
DÜNYA
Rusiya və Çin İranı niyə dəstəkləyir?
Tehran hakimiyyətinə silah satışına BMT-nin tətbiq etdiyi embarqoya bir sıra dövlətlər, özəlliklə Rusiya və Çin məhəl qoymur. Onlar İran kimi bazarı əldən buraxmaq istəmir.
"MIGnew"un məlumatına görə, 2007-2010-cu illər arasında İslam Respublikası 570 milyon dollara yaxın məbləğdə silah alıb. 2000-2010-cu illər arasında beynəlxalq sanksiyalara məruz qalan 10 dövlət cəmi 2,27 milyard dollarlıq silah-sursat alıb.
Rusiya bu müddət ərzində Suriyaya silah satışını 580 faiz artırıb. "Oxfam"ın bölmə müdiri Anna Makdonaldın sözlərinə görə, "vicadanı olmayan hakimiyyətlər" asanlıqla əyri yollar tapa bilir.
2007-ci ildən BMT-nin Təhlükəsizlik Şurası öz üzvlərini İrana silah satışında daha ayıq-sayıq olmağa çağırmışdı. Stokholm Dünya problemlərini Araşdırma Beynəlxalq Mərkəzinin bu ilin yanvarına olan hesabatında İslam Respublikasının sanksiyalardan yayınaraq, yük gəmisindəki yükün adına dəyişməyə səy göstərdiyi qeyd olunub.
Məlumata əsasən, 2008-ci ildə İran gəmiçiliyi 123 gəmisindən 90-ın adını dəyişib. Bundan başqa, o, belə yüklərin çoxunu çeşidli bayraqlar altında daşıyıb. Elə buna görə də İran ötən ilin aprelində 100 iri donanma siyahısından çıxıb. Əvvəllər o, yükdaşımaları üzrə bu siyahıda 23-cü yerdə idi.
Rusiya və Çinin İranı müdafiə səbəblərindən birinə də beləcə aydınlıq gəlir. Belə görünür ki, Moskva İslam Respublikasının nüvə proqramını daha çox silah bazarını əldə saxlamaq üçün dəstəkləyir. Yaxud silah satmaqla İran rəhbərliyini savaş itələyir (oxşar fikri Çin barəsində söyləmək mümkündür).
Xatırladaq ki, Rusiya "Rosoboroneksort" baş direktorunun müavini Viktor Komradin ölkəsi silah ixracatında bazarları itirdiyini demişdi: "Bizim ciddi itkilərimiz var. Mərkəzi Avropanı itirmişik, Şimali Afrikanın itiririk, Çin bizdən uzaqlışıb, İran əlimizdən çıxıb". Komardin bazarların itkisinin siyasi sabitliyin olmaması ilə izah edib: "Əlverişsiz siyasi şəraitdən başqa biz heç yerdə bazar itirməmişik. Məlum olduğu kimi silah bazarı ilk növbədə siyasətdir".
Sədrəddin Soltan
Digər Xəbərlər
2024-12-25 09:29:00
2024-12-25 09:14:00
2024-12-25 09:09:09
2024-12-25 01:11:53
2024-12-25 00:47:19
2024-12-25 00:21:26
2024-12-24 23:29:58
2024-12-24 23:17:43
2024-12-24 22:49:47
2024-12-24 22:30:26
2024-12-24 22:15:39
2024-12-24 21:59:10
2024-12-24 21:31:18
2024-12-24 21:05:42
2024-12-24 20:16:47
2024-12-24 20:01:02
2024-12-24 19:41:16
2024-12-24 18:28:36
2024-12-24 17:07:07
2024-12-24 16:52:02