Putin tiraniyasının bərpası nə vəd edir?
12:00 09-05-2012
DÜNYA
Putin tiraniyasının bərpası nə vəd edir?
Tanınmış teleaparıcı və ATƏT ekspertindən ilginc açıqlamalar gəldi
Putinin üçüncü prezidentlik müddəti Rusiya üçün nə vəd edir? Ölkənin daxili və xarici siyasətində nə dəyişəcək? Putin üçün xüsusən həssas olan Cənubi Qafqazı avtoritar liderinin hakimiyyətə qayıdışından sonra nələr gözləyir? Rusiyanın tanınmış teleaparıcısı, ATƏT-in eksperti, Ekstremal Jurnalistika Mərkəzinin direktoru Oleq Panfilov bu suallara maraqlı cavablar verib.
"Putinin yeni prezidentlik müddəti başladı. Onun hakimiyyətə gəlişi ilə ölkənin daxili və xarici siyasətində nə dəyişikliklər olacaq sualına cavabında Panfilov deyib: "Zarafat etməyin, prezident köhnədir. Dəqiq desək, Putin həmişə olub. Bu səbəbdən də, heç bir dəyişiklik olmayacaq. Daxili siyasətdə kosmetik dəyişikliklər ola bilər, amma xarici siyasət dəyişməyəcək. Putin hələ 12 il əvvəl postsovet məkanını nəzərdə tutaraq, xarici siyasətdə prioritetin bərpası barədə danışmışdı. Bu səbəbdən də, təbii gözləntilər - Rusiyanın "Böyük ölkə" kimi möhkəmlənməsi üçün MDB-də qalan ölkələrlə hər cür mümkün kombinasiyalar - var. Bu, uğur gətirməyəcək, amma "KQB" məktəbi özünü göstərir, bunun isə demokratiyaya heç bir dəxli yoxdur. Daxili siyasətdə səthi dəyişikliklər "şəffaf" polis məntəqələri və qubernator seçkiləri şəklində görüntü xarakteri daşıyacaq, halbuki inzibati resurslar başqaları üçün seçim yolu qoymayacaq".
Kremldəki "Medvedev-Putin" yerdəyişməsini qiymətləndirirərkən ATƏT-in eksperti deyib: "Bu, yerdəyişmə deyil, gözlənildiyi kimi, fasilə idi ki, Qərb Konstitusiyanın pozulmasında ittiham etməsin. Ruisyanın tarixində belə bir anlayış olub - yeni çar yaşı çatmadığından səlahiyyətlərini icra edə bilmədikdə regent təyin olunurdu və o, idarəetməyə nəzarət funksiyasını həyata keçirirdi. Medvedev yalnız içraçıdır və o, Rusiya tarixinə ən nəzərə çarpmayan prezident kimi düşəcək. Təəssüf ki, onlar öz sirlərini sonadək qoruya bilmədilər və Medvedev özü Putinə "növbəti" prezident olmağı tövsiyyə edərək, hakimiyyəti ona verdi. Seçim yox idi, amma onsuz da aydın olan şeyi ucadan deməyə ehtiyac yox idi".
"Putinin hakimiyyətə gəlməsi ilə Rusiyanın Cənubi Qafqaz regionu ilə bağlı siyasəti dəyişəcəkmi" sualına cavab olaraq Oleq Panfilov deyib: "Fikrimcə, dəyişməyəcək. Ermənistan Rusiyanın Qafqazdakı əsas tərəfdaşı olaraq qalacaq. Gürcüstan Rusiyadan bir az da uzaqlaşacaq, amma bu halda Kreml artıq hərbi qüvvə tətbiq edə bilməyəcək. Üstəlik, Gürcüstan müxalifətindəki Rusiyayönümlü qalıqlar da ölkə daxilindəki vəziyyətə təsir etmək qabiliyyətlərini tam itiriblər. Təkcə Sxinvali bölgəsi (Cənubi Osetiya) və Abxaziya bölgəsi qalır, Kreml onları mümkün qədər çox girov saxlayacaq. Uyğun olaraq, Azərbaycanla münasibətlər də belə olacaq: Kreml Qarabağ məsələsində Ermənistana göz yumacaq, Azərbaycan isə şantaj edəcək".
Rusiyada və postsovet ölkələrində söz azadlığı ilə bağlı vəziyyəti qiymətləndirən tanınmış teleaparıcı bildirib: "Bax o yoxdur, çünki dövlət mediasının olduğu ölkədə söz azadlığından söhbət gedə bilməz. Hakimiyyətyönümlü mətbuat isə həmişə təbliğat deməkdir. Dövlət büdəcsindən maliyyələşən təbliğata qarşı durmaq mümkün deyil, onun hər zaman daha çox nüfuz qazanmaq şansları var. Fikrimcə, yalnız üç ölkədə qismən azad mətbuatın olduğunu söyləmək olar. Bu, Gürcüstan, Ukrayna və Moldovadır. O da böyük qeyd-şərtlədir və burada məsələ hakimiyyətlə qarşıdurmadan daha çox jurnalistlərin qeyri-peşəkarlığı ilə bağlıdır".
Bu yaxınlarda Gürcüstan prezidenti Mixeil Saakaşvili bildirib ki, Cənubi Osetiya və Abxaziyanın geri qaytarılması naminə vəzifədən getməyə hazırdır. Rusiya bu etirafa necə rekasiya verməlidir? Oleq Panfilov bildirib ki, Saakaşvili ağıllı adamdır, o, gözəl bilir ki, Putin yaxın zamanlarda var qüvvəsi ilə Abxaziyanın və Sxinvali bölgəsinin "status-kvosu"nu saxlayacaq: "Bu, ironiya idi, əgər bilmək istəyirsinizsə, Putinə siyasi istehza idi. Rusiya prezidenti anlamır ki, Saakaşvilinin nüfuzunun daha da artmasına yardım edir. Rusiyanı nə Saakaşvili, nə bir başqa gürcü siyasətçisi, eyni zamanda nə abxazlar, nə də osetinlər maraqlandırır. Rusiya imperiya olmaq istəyir, hər bir imperiya üçün isə yad ərazi lazımdır. Kremldə gözəl anlayırlar ki, 20 il sonra Gürcüstanı hansısa postsovet məkanına cəlb etmək artıq mümkün olmayacaq və bu səbəbdən də, əsəbiləşir, Gürcüstanı ittiham etmək üçün hər cür bəhanə axtarırlar. Əslində, onlar Gürcüstandan, postsovet məkanında və hətta üçüncü dünyada, daha çox isə Avropada onun nüfuzunun artmasından qorxurlar".
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-25 01:11:53
2024-12-25 00:47:19
2024-12-25 00:21:26
2024-12-24 23:29:58
2024-12-24 23:17:43
2024-12-24 22:49:47
2024-12-24 22:35:14
2024-12-24 22:30:26
2024-12-24 22:15:39
2024-12-24 21:59:10
2024-12-24 21:31:18
2024-12-24 21:05:42
2024-12-24 20:16:47
2024-12-24 20:01:02
2024-12-24 19:41:16
2024-12-24 18:28:36
2024-12-24 17:07:07
2024-12-24 16:52:02
2024-12-24 16:15:07
2024-12-24 14:54:04