Hadi Rəcəblidən müdhiş siyasi səhv; YAP-ın deputat siyahısını açıqladı
10:33 25-08-2015
CƏMİYYƏT
Hadi Rəcəblidən müdhiş siyasi səhv; YAP-ın deputat siyahısını açıqladı
Millət vəkilinin üstüörtülü şəkildə bəzi məmurlara ismarıc göndərməsi ona baha başa gələ birə
Qarşıdan gələn parlament seçkiləri bir sıra siyasiləri, tanınmış şəxsləri, o cümlədən uzunömürlü deputatları hərəkətə keçirib. Diqqət yetirsək görərik ki, son bir neçə ayda uzun illər səs-sorağı çıxmayan deputatlar belə aktivləşməyə başlayıblar.
Son günlər aktivləşən, adı ətrafında xalqın yanında olan, kasıb həyat yaşayan şəxs obrazını yaratmaq istəyən şəxslərdən biri də millət vəkili Hadi Rəcəblidir. Artıq o, bu istiqamətdə mediada təbliğat apartdırır. Belə ki, Azərbaycan məmurlarının mövcud - külli miqdarda vəsait sərf edərək təyyarələrdə biznes-klasda uçmaq ənənəsinin ziddinə olaraq Milli Məclisin Sosial –Siyasət Komitəsinin sədri Hadi Rəcəbli İstanbula "ekonom-klas"da uçub. Deputat Hadi Rəcəbli iyulun 13-də İstanbula, iyulun 17-də isə oradan Bakıya məhz "ekonom-klas"da uçub. Bununla H.Rəcəbli məmurları bir növ sadə həyat tərzi keçirməyə və vergi ödəyicilərinin vəsaitini havayı yerə xərcləməməyə çağırıb.Yeri gəlmişkən, deputatın bu addımı sərnişinlərin də diqqətini çəkib. Ən azı ona görə ki, onlar bu cür davranışla demək olar ki, rastlaşmırlar. Bundan başqa, H.Rəcəblinin bu addımı onun seçiciləri tərəfindən də simpatiya ilə qarşılanıb. Sonda onu da qeyd edək ki, H.Rəcəbli qarşıdakı seçkilərdə də namizədliyini irəli sürəcək.", - deyə həmin məqalədə qeyd olunub. Əslində, diqqət yetirəndə görürsən ki, bu məqalə Hadi Rəcəblinin istəyinə uyğun hazırlanıb.
Təbii ki, bu sətirlərdə təkcə Hadi Rəcəblinin təbliğatına hesablanmış bu yazının digər bir məqsədi isə bəzi nazir və komitə sədrlərinə, icra başçılarına ismarıcdır. Sanki Hadi müəllim bununla göstərməyə çalışır ki, o guya sıravi vətəndaşlar kimi həyat sürür. Amma onun oğlunun biznes klass təyyarələrdə xarici ölkələrə səfərlər etməsi, dəbdəbəli həyat sürməsi, deputat seçildiyi regionda bir neçə istirahət komplekslərinə sahib olduğu hər kəsə bəllidir. Sözsüz ki, onun bu təşəbbüsü qarşıdakı dövrdə özünə əlavə prblemlər yarada bilər.
Hadi Rəcəblinin buraxdığı ikinci böyük səhv isə təmsil olunduğu hakim Yeni Azərbaycan Partiyasının qarşıdakı seçkilərdəki deputat siyahısı ilə bağlı verdiyi açıqlamadır. Məlum olduğu kimi, YAP rəbhbərliyi, xüsusən də baş nazirin müavini Əli Əhmədov dləfələrlə bəyan edib ki, YAP-ın siyahısı hələ bəlli deyil. Amma H.Rəcəbli bildirib ki, qarşıdakı seçkilərdə namizədliyini irəli sürəcək. O, bununla bəyan edib ki, YAP-ın siyahısında onun da adı var.
Halbuki hakimi partiyanın aparbığı siyasət ondan ibarətdir ki YAP-ın bu həftə ərzində seçki siyahıları dəqiqləşdiriləcək. Bu siyahıda isə xeyli sürprizlər olacaq. Bir çox YAP üzvlərinin diqqətlə, maraqla, gözlədiyi seçki siyahıları bəzi vəzifə sahibləri üçün xüsusilə həyəcanvericidir. Belə ki, bundan əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, YAP bu seçkilərdə əvvəlkilərdən fərqli olaraq rektor və digər vəzifə sahibi olanların deputatlığa namizədliyini irəli sürməyəcək.
Ancaq Hadi Rəcəbli bu açıqlaması ilə YAP-ın siyahısı üzərindəki qeyri-müəyyənlik pərdəsini qaldıraraq, onu sıradan bir məsələyə çevirdi. Yəqin ki, onun bu hərəkəti də xoş qarşılanmayaraq, müvafiq addımlar atılacaq.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22