Oliqarxların mağazaları çökür
11:15 26-08-2015
CƏMİYYƏT
Oliqarxların mağazaları çökür
Bakıda dükanların kütləvi boşaldılması davam edir
Son günlər Bakının mərkəzində fəaliyyət göstərən mağazalar kütləvi şəkildə bağlanıb. Əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi xüsusilə elektronika bazarına mənfi təsir edib.
Belə ki, paytaxtda elektronika malları satan ticarət şəbəkələrinin bəziləri mağazaları bağlamağa başlayıb. Digər mağazalarda isə məhsullar vətəndaşlara yüksək endirimlərlə təklif olunur. Paytaxt ərazisində fəaliyyət göstərən geyim mağazaları da alıcılıq qabiliyyətinin aşağı düşməsindən sonra dükanları bağlamaq qərarına gəlib. Yaxın bir neçə gündə bu prosesin kütləvi hal alacağı gözlənilir.
Bunun səbəbləri barədə danışan İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) Sədri Vüqar Bayramov deyib ki, region ölkələrindəki devalvasiya və neftin qiymətindəki kəskin ucuzlaşma Azərbaycan iqtisadiyyatına təsir göstərməkdədir: "Son iqtisadi proseslər vətəndaşların daha çıx yığıma üstünlük verməsinə və biznesin fəaliyyətinin məhdudlaşdırılmasına gətirib çıxarır. Hazırda biznes fəaliyyətində ciddi məhdudiyyət hiss edilir və nəticədə bir çox obyekt boşalır".
Onun sözlərinə görə, son dövrlərdə icarəyə verilən qeyri-yaşayış sahələrinin sayında artım var. Bu isə onu göstərir ki, biznesin dəstəklənməsi ilə bağlı xüsusi proqram hazırlanmalıdır: "Azərbaycan biznesin dəstəklənməsi ilə bağlı proqram hazırlanmalıdır. Kiçik-və orta sahibkarlığın dəstəklənməsi ilə bağlı da yeni proqramlar işə salınmalıdır. Yerli biznesin dövlət tərəfindən dəstəklənməsi bu sahənin dünyada baş verən iqtisadi proseslərin mənfi təsirlərindən qorunmasına imkan verəcək. Digər ölkələrdə olduğu kimi kiçik biznesin sağlamlaşdırılması ilə bağlı xüsusi dövlət proqramının hazırlanması və tətbiq edilməsinə ehtiyac var. Dövlət başçısı son iclaslarında kiçik biznesə yersiz müdaxilələrlə bağlı çıxış etmişdi. Prezidentin tapşırığına uyğun olaraq yersiz müdaxilələrin qarşısı alınmalıdır. Bununla yanaşı, vergi yükünün azaldılmasına da ehtiyac var. Kiçik və orta sahibkarlığın qorunması vacibdir".
Mütəxəssis hesab edir ki, son iqtisadi proseslər ölkə biznesinə mənfi təsir göstərəcək: "Belə ki, kiçik və orta sahibkarların sayı azal bilər. Bununla yanaşı, son vəziyyət iş yerlərinin sayının azalması baxımından da heç ürəkaçan deyil", - deyə iqtisadçı əlavə edib.
"Unikal"ın müşahidələri göstərir ki, iri məmurlara, müəyyən vəzifəli şəxslərə məxsus supermarketlərdə də ciddi alıcı qıtlığı var. Bu isə vitrinlərin əvvəlki kimi çeşidli olmamasına gətirib çıxarıb. İstisna olunmur ki, Bakıda fəaliyyət göstərən və arxalarında müəyyən oliqarxların dayandığı bir neçə nəhəng supermarket və digər ticarət obyekti yaxın vaxtlarda bağlansın.
E.Rüstəmov
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22