Sevinc Hüseynovanın seçicilərlə görüşləri davam edir
15:57 30-10-2015
CƏMİYYƏT
103 saylı Gədəbəy Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Sevinc Hüseynovanın Gədəbəy rayonunun Qoşabulaq, Pərizamanlı, Moruxlu, Samanlıq, Nərimankənd, Çanaqçı, Arıqdam, Kiçik Qaramurad, Parakənd, Alnabat, Daryurd, Düzyurd, Miskinli kəndlərində və Gədəbəy şəhərində seçicilərlə görüşü keçirilib.
Görüşlərdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının və partiyanın Mərkəzi Seçki Qərargahının rayon şöbəsinin sədri Rüstəm Nağıyev deputatlığa namizəd Sevinc Hüseynovanın ictimai-siyasi fəaliyyəti barədə seçicilərə geniş məlumat verib.
Deputatlığa namizəd Sevinc Hüseynova seçicilər qarşısında geniş çıxış edərək qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən bu gün Ümummilli liderimiz Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi Azərbaycanı daha da güclü dövlətə çevirir. Ölkəmizdə bütün sahələrdə uğurlu dövlət siyasəti həyata keçirilir.
Məhz bu səbəbdən də reallaşdırılan siyasət, aparılan islahatlar öz müsbət nəticələrini göstərir. Artıq Azərbaycanın inkişaf modeli dünyanın bir sıra dövlətləri üçün nümunəyə çevrilib, həmin dövlətlər ölkəmizin təcrübəsindən yararlanmağa çalışırlar. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət son illərdə Azərbaycanın dinamik inkişafını təmin edib və respublikamızı dünyanın qabaqcıl ölkələri sırasına çıxarıb.
Seçicilər noyabrın 1-də keçiriləcək seçkilərdə yüksək fəallıq göstərəcəklərini qeyd edərək YAP-ın namizədini dəstəkləyəcəyini bildiriblər.
Digər Xəbərlər
2024-12-29 17:43:34
2024-12-29 17:40:30
2024-12-29 17:34:29
2024-12-29 17:31:49
2024-12-29 17:26:00
2024-12-29 17:09:36
2024-12-29 16:42:39
2024-12-29 16:26:03
2024-12-29 16:09:22
2024-12-29 15:55:33
2024-12-29 15:16:00
2024-12-29 15:07:07
2024-12-29 15:06:00
2024-12-29 14:56:27
2024-12-29 14:55:20
2024-12-29 14:38:32
2024-12-29 14:14:05
2024-12-29 14:02:44