AŞPA müşahidə missiyası parlament seçkilərinə qiymət verdi
11:07 03-11-2015
CƏMİYYƏT
Jordi Çukla: Seçkilər xalqın iradəsini tam ifadə edib
"AŞPA müşahidə missiyası seçkiləri izləmək üçün Azərbaycan hakimiyyəti tərəfindən dəvət olunub. Missiya 28 nəfərdən ibarətdir. Müşahidəçilərimiz ölkənin bir neçə rayonunda və Bakıda olublar".
Bunu Azərbaycanda parlament seçkilərini izləmiş Avropa Şurası Parlament Assambleyası (AŞPA) müşahidə missiyasının rəhbəri, ispaniyalı parlamentar Jordi Çukla deyib.
"Missiya Azərbaycanın AŞ-yə üzvlüyü zamanı razılaşdırılmış vəzifələr və öhdəlikərini yerinə yetirməsi üçün AŞPA-ya Azərbaycan hakimiyyəti ilə əməkdaşlığı davam etdirməyi tövsiyə edir".
O bildirib ki, seçkilər Azərbaycanın Seçki Məcəlləsinə uyğun keçirilib: "Seçkinin demokratik keçirilməsi üçün uyğun baza yaradılıb. Səsvermə prosesi beynəlxalq standartlara uyğun keçirilib. Səs verənlərin seçki məntəqələrinə girişinə maneə olmayıb. MSK prosesin şəffaflığına töhfə verərək mütəmadi məlumatlar dərc edib. Seçkilərə hazırlıq və səsvermə prosesi peşəkarlıq və texniki cəhətdən yaxşı təşkil olub. Seçici siyahısına bütün seçicilərin adı daxil edilib. Seçki pozuntusunun şahidi olmamışıq. Bir neçə məntəqədə bülletenlərin topa açılması qeydə alınıb. Bununla bağlı MSK-ya məlumat verilib ki, araşdırılsın".
Seçki məntəqəsi ətrafında polis olmayıb.
J. Çukla bildirib ki, məntəqələrin 20 faizində kameralar quraşdırılıb. Seçki yerli media tərəfindən geniş işıqlandırılıb: "Bununla belə, səslərin sayılmasında nöqsanlar olub. Bu, seçki komissiyasında çalışanların təcrübəsizliyi səbəbindən baş verib. Lakin bu amil seçkinin nəticəsinə təsir etməyib".
O, ATəT DTİHB və ATəT PA-nın Azərbaycana müşahidə missiyası göndərilməməsindən təəssüfləndiyini qeyd edib: "Lakin çoxsaylı müşahidəçilər var idi. Seçici fəallığında əhəmiyyətli artım olub. Seçkilər xalqın iradəsini tam ifadə edib".
J. Çukla Azərbaycanda insan haqları sahəsinə problemlərin qalmaqda olduğunu da deyib: "Azərbaycanı insan hüquqlarının müdafiəsi sahəsində təcili tədbirlər görməyə çağırırıq. Missiya Azərbaycan hakimiyyətini həvəsələndirir ki, Venesiya Komissiyası tərəfindən edilən tövsiyyələri, o cümədən demokratik instutların fəaliyyəti ilə bağlı tövsiyələri nəzərə alsın. Missiya əvvəlki və indiki seçkilərlə bağlı digər beynəlxalq təşkilatların - AP, ATəT PA, ATəT DTİHB-nin rəylərinin əhəmiyyətini vurğulayır. Azərbaycan assambleyanın monitorinq proseduru tərkibindəki ölkə olduğuna görə, missiya Azərbaycanın AŞ-yə üzvlüyü zamanı razılaşdırılmış vəzifələr və öhdəlikərini yerinə yetirməsi üçün AŞPA-ya Azərbaycan hakimiyyəti ilə əməkdaşlığı davam etdirməyi tövsiyə edir".
"Daha sonra verəcəyiniz yekun bəyanat indikindən fərqlənə bilərmi" sualına cavabında J. Çukla bildirib ki, bu, çox spekulyativ olar: "Biz öz bəyanatımızda nələri müşahidə etmişiksə, onu qeyd etmişik".
O, gələcək seçkilərdə televiziya debatlarının olacağına da ümid etdiklərini deyib.
E.Rüstəmov
Digər Xəbərlər
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05
2024-11-25 14:34:00