"Azərsu" sədri Qorxmaz Hüseynov görülən işlərdən danışdı
11:12 03-11-2015
CƏMİYYƏT
Türkan və Zirədə içməli su təchizatının yenidən qurulmasının I mərhələsi yekunlaşıb
Xəzər rayonunun Türkan və Zirə qəsəbələrinin içməli su təchizatının yenidən qurulması layihələrinin I mərhələsi yekunlaşıb. Oktyabrın 31-də hər iki qəsəbəyə yeni yaradılan infrastruktur vasitəsilə içməli suyun verilməsinə başlanılıb.
"Azərsu" ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən "Unikal"a verilən məlumata görə, açılış mərasimlərində qurumun sədri Qorxmaz Hüseynov bildirib ki, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular və Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə xətti Abşeron yarımadasının böyük bir hissəsinin içməli su ilə təmin etməyə imkan yaradıb: "Azərbaycan prezidenti Bakıətrafı kənd və qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılmasını prioritet vəzifə kimi müəyyənləşdirib. Abşeron yarımadasında yerləşən qəsəbələrin bir hissəsinin mərkəzləşdirilmiş içməli su təchizatı sistemi olmayıb. Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin və Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə magistral kəmərinin tikintisi ilə paralel yaşayış məntəqələrində paylayıcı şəbəkələrin yaradılmasına başlanılıb. Bu gün Türkan və Zirə qəsəbələrinə içməli suyun verilməsinə başlanılır və bu münasibətlə qəsəbə sakinlərini təbrik edirəm".
Qeyd edək ki, Türkan və Zirə qəsəbələrinin içməli su təchizatı sistemlərinin yaradılması layihələrinin icrasına 2015-ci ilin mart ayında başlanılıb. Hər iki qəsəbəni dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün su mənbəyi Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi seçilib. Türkan qəsəbəsini içməli su ilə təmin etmək üçün 280 mm diametrli borularla 4,2 km uzunluğunda magistral su xətti çəkilib. Qəsəbə ərazisində müxtəlif diametrli borularla 37 km-ə yaxın su şəbəkəsi yaradılıb, 800-dək evə birləşmə verilib və 400-dən artıq abonent smart sayğacla təmin olunub. Hazırda smart sayğacların quraşdırılması davam etdirilir.
Zirə qəsəbəsində həyata keçirilən layihə çərçivəsində isə 160 mm diametrli borularla 3 km uzunluğunda magistral su xətti çəkilib. Qəsəbə ərazisində müxtəlif diametrli borularla 30 km-ə yaxın su şəbəkəsi yaradılıb, 700-ə yaxın evə birləşmə verilib və 300-dən çox abonent smart sayğacla təmin olunub. Hazırda sayğaclaşma işləri davam etdirilir.
Artıq yeni şəbəkədən Türkan və Zirə qəsəbələrində birləşmə verilmiş evlərin sakinləri yüksək keyfiyyətli içməli su ilə təmin olunur. Qəsəbələrin digər hissəsinin su təchizatının aparılması üçün əhali artımı nəzərə alınmaqla layihələndirmə işləri həyata keçirilir və gələcəkdə dövlət investisiyaları hesabına tikinti işləri davam etdiriləcək.
Toğrul
Digər Xəbərlər
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54