Prezidentin köməkçisindən seçki şərhi
12:05 04-11-2015
CƏMİYYƏT
Əli Həsənov: "Seçkilər demokratik prinsiplərə uyğun, şəffaf, ədalətli keçirilib"
"Milli Məclisə seçkilər demokratik prinsiplərə uyğun, şəffaf, ədalətli keçirilmiş və Azərbaycan xalqının iradəsini əks etdirmişdir. Avropa Şurası Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla, bütün dünyanı əhatə edən 30-dan artıq müşahidə missiyası seçkilərə yüksək qiymət vermişdir.
Həmçinin Avropa İttifaqı Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun, şəffaf, əhatəli şəkildə keçirildiyini və yeni parlamentlə əməkdaşlığa hazır olduğunu bəyan etmişdir. Bütün bunları nəzərə alaraq, birmənalı şəkildə demək olar ki, Milli Məclisə seçkilərin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu tərəfindən müşahidə edilməməsi seçkilərin legitimliyinə kölgə sala bilməz".
Bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ Dövlət Departamentinin noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərə dair münasibətini şərh edərkən deyib.
Ə.Həsənov qeyd edib ki, Azərbaycan hökuməti müşahidə üçün ATƏT DTİHB-yə müraciət ünvanlayıb və dəfələrlə missiyanın fəaliyyəti ilə bağlı müzakirələr aparmağa açıq olduğunu bildirib. "Təəssüf ki, ATƏT DTİHB bu təşəbbüsü layiqincə qiymətləndirməmiş və birtərəfli qaydada Azərbaycana missiya göndərməkdən imtina etmişdir. Hesab edirik ki, bu, dövlətlərarası kollegial qurum olan ATƏT-in nizamnaməsinə və prinsiplərinə uyğun gəlməyən, siyasiləşmiş qərardır. DTİHB bu addımla seçkiləri müşahidə praktikasında xoşagəlməz presedentə imza atmışdır.
Ə.Həsənov sonra vurğulayıb ki, Azərbaycan hökuməti ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklərinə uyğun olaraq üzərinə düşən bütün vəzifələri yerinə yetirir və qarşıdan gələn dövrdə də üzv olduğu təşkilatlarla bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdə maraqlıdır. Bununla yanaşı, Azərbaycan müstəqil, dinamik inkişaf edən dövlətdir, heç vaxt öz siyasətini kimlərinsə istəyinə uyğun qurmur və bundan sonrakı dövrdə də hər hansı qüvvənin ona öz iradəsini qəbul etdirmək cəhdlərini qəbul etməyəcək".
Z.Məmmədli
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18