Heydər Əliyev Mərkəzində II ümumrespublika bilik yarışı keçiriləcək
12:06 04-11-2015
CƏMİYYƏT
Yarış 3 turdan ibarət olacaq və onların hər birində 12 sual səsləndiriləcək
Noyabrın 10-da Heydər Əliyev Mərkəzində tələbələr arasında "Heydər Əliyev və Azərbaycan tarixi" adlı II ümumrespublika bilik yarışı keçiriləcək.
Heydər Əliyev Mərkəzindən verilən məlumata görə, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, ulu öndərin irsinin yaşadılması və gənc nəsil arasında təbliği məqsədi daşıyır.
Yarışda ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr pilləsi üzrə təhsil alan tələbələrdən ibarət komandalar iştirak edəcək. Hər ali məktəbdən bir komanda olmaqla yarışda ümumilikdə 46 komanda mübarizə aparacaq.
Hər komandada 6 əsas və 2 ehtiyat iştirakçı olacaq.
Yarış 3 turdan ibarət olacaq və onların hər birində 12 sual səsləndiriləcək. Suallar ulu öndər Heydər Əliyevin uşaqlıq və gənclik, Dövlət Təhlükəsizlik orqanlarında və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışdığı illər, siyasi fəaliyyətinin Moskva və Naxçıvan dövrü, eləcə də ümummilli liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərlə bağlı mövzuları əhatə edəcək.
Qalib komanda turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən ediləcək. Birinci, ikinci və üçüncü yerləri tutan komandalar mükafatlandırılacaq. Qeyd edək ki, yarış ərəfəsində hazırlıq məqsədi ilə bütün komandaların Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil olunur. Tələbələr bu ziyarətlər zamanı Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ilə tanış olur, ümummilli liderin həyat və fəaliyyətinə dair məlumatlar əldə edir, foto və video ilə yanaşı, digər zəngin arxiv materialları əsasında araşdırma aparırlar.
Xatıqladaq ki, Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda birinci ümumrespublika bilik yarışı 2014-cü il noyabrın 12-də keçirilib. Birinci bilik yarışında Bakı Slavyan Universiteti, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası və Lənkəran Dövlət Universitetindən olan komandalar müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərin qalibi seçilmişdi.
F.Əliyev
Digər Xəbərlər
2024-12-29 00:28:56
2024-12-29 00:08:51
2024-12-29 00:04:31
2024-12-28 23:42:42
2024-12-28 23:41:59
2024-12-28 22:51:21
2024-12-28 22:07:02
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00