Prezidentdən məmurlara kəskin xəbərdarlıq
12:50 05-11-2015
CƏMİYYƏT
İlham Əliyev: "Qanunsuzluq edən şəxslər mövqeyindən və vəzifəsindən asılı olmayaraq cəzalandırılıb, heç kim toxunulmaz deyil"
Prezident İlham Əliyev növbəti dəfə vətəndaşları incidən, sahibkarlara maneələr yaradan, özbaşınalıqları ilə narazılığa səbəb olan məmurlara xəbərdarlıq edib
"Unikal"ın məlumatına görə, İlham Əliyev Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində ədliyyə və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib ki, Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla gedir. Onun sözlərinə görə, bunun təşəbbüskarı ulu öndər Heydər Əliyevdir. Dövlət başçısı bildirib ki, son illər Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi sürətlə gedir: "Məhkəmələrin faliyyəti bu məsələdə mühüm rol oynayır. Məhkəmələrə daxil olan şikayətlər getdikcə azalır. Gələcək islahatlar nəticəsində məhkəmə sistemində maksimum olunması vacibdir".
Prezident İlham Əliyev bildirib ki, yeni tikilən bütün məhkəmə komplekslərində elektron sistem qurulub. Məhkəmə sistemində qərəzli yanaşma yolverilməzdir, korrupsiyaya qarşı mübarizə aparılması əhəmiyyətlidir. Bu sahədə beynəlxalq təcrübənin tətbiqi vacibdir. Cəmiyyətdə korrupsiya və rüşvətxorluq hallarına qarşı heç kim toxunulmaz deyil. Bu kimi hallara qarşı cəza tədbirləri davam etdiriləcək".
Dövlət başçısı qeyd edib ki, son dövrlər sahibkarlara qarşı edilən ədalətsizliklərlə bağlı müxtəlif faktlar üzə çıxıb: "Bu hallara yol verən şəxslər mövqeyindən və vəzifəsindən asılı olmayaraq cəzalandırılıb. Heç kim toxunulmaz deyil".
Ölkə başçısı onu da qeyd edib ki, Azərbaycan demokratiya yolu ilə gedir və ölkədə bütün azadlıqlar təmin olunub. Onun sözlərinə görə, son parlament seçkiləri xalqımızın iradəsini əks etdirir. Prezident İlham Əliyev bildirib ki, Milli Məclisə seçkilər şəffaf və ədalətli keçirilib: "Ölkədə inkişafı əngəlləyən amillər, o cümlədən korrupsiya halları aradan qaldırılmalıdır. Buna nail olmaq üçün isə güclü siyasi iradə və ictimai dəstək var".
Z.Məmmədli
Digər Xəbərlər
2024-12-29 01:07:51
2024-12-29 01:00:26
2024-12-29 00:28:56
2024-12-29 00:08:51
2024-12-29 00:04:31
2024-12-28 23:42:42
2024-12-28 23:41:59
2024-12-28 22:51:21
2024-12-28 22:07:02
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07