Cahangir Hacıyevin daha bir adamı "vuruldu"
12:54 05-11-2015
CƏMİYYƏT
"ABB-Moskva"dakı qəfil və mühüm dəyişikliyin sirri
Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə müəssisəsi olan "ABB-Moskva"nın İdarə Heyətinin sədri Fuad Abdullayev işdən çıxarılıb. Onun yerinə hələlik təyinat olmayıb. Bu vəzifənin müvəqqəti idarə olunması Rəfael Abbasova həvalə olunub.
Qeyd edək ki, R. Abbasov 2011-ci ilin dekabrında "ABB-Moskva"nın İdarə Heyətinin sədrinin müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, F. Abdullayev Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevə yaxın şəxslərdən hesab olunurdu. Onun vəzifəsindən azad edilməsinin əsas səbəbinin də məhz bu ola biləcəyi istisna deyil.
Onu da deyək ki, ABB-nin sözügedən törəmə şirkətinin adı ilə bağlı son bir ildə bir neçə qalmaqallı xəbər yayılıb. Məsələn, ötən ilin payızında Rusiya Mərkəzi Bankının (RMB) apardığı mütəmadi monitorinq zamanı "ABB-Moskva" istiqamətində bankın müştərisi ilə əməliyyatın aparılmasına dair hesabat informasiyasında vaxtın ötməsi aşkar edilib.
Həmin vaxt ABB-dən deyiblər ki, bu qanun pozuntusu bankın fəaliyyəti ərzində birinci hal olduğuna görə xarakteri baxımından bilərəkdən olmayıb və az əhəmiyyətlidir: "Bundan başqa, qanun pozuntusunun törədilməsinə xidmət edən səbəb və şərtlər aradan qaldırıldığına görə banka xəbərdarlıq edilib".
Yəni Beynəlxalq Bank məsələnin miqyas və əhəmiyyətini kiçiltməyə çalışsa da, Rusiya Mərkəzi Bankının məlum xəbərdarlığı həmin vaxt qonşu ölkə mətbuatında kifayət qədər əks-səda yaratmışdı.
Bu ilin iyulunda yayılan bir xəbər isə daha ilgincdir. Həmin xəbərdə bildirilirdi ki, Azərbaycan əsilli yəhudi oliqarx Telman İsmayılovun AST şirkətlər qrupuna daxil olan "KBF AST" ASC-nin Moskvanın Nikitsk bulvarı, 6/20 ünvanında otel inşası layihəsini ləğv edib. Buna səbəb biznesmenin hotel tikintisi üçün aldığı torpaq sahəsini borca görə Kiprdə qeydiyyatdan keçmiş offşor şirkətə verməsidir.
Belə ki, Rusiyanın tanınmış nəşrlərindən "Vedomosti" qəzeti Moskva hökumətindəki mənbəyə istinadən yazıb ki, Telman İsmayılov 27 min kvadratmetrlik hotel kompleksinin tikintisi üçün nəzərdə tutulan və 10 ildir mülkiyyətçisi olduğu ərazini ödəyə bilmədiyi borclarına görə "Luazo Corporation" şirkətinə verib. "Luazo Corporation" şirkəti isə "AST Group"un tərəfdaşıdır. İsmayılovun bu şirkət qarşısında nə qədər borc öhdəliklərinin olduğu göstərilməyib.
Moskvadakı torpaq sahəsinin borca görə verilməsi sövdələşməsinə əsasən, həmin ərazinin 45 faizi "Luazo Corporation"un mülkiyyətinə keçib, 53,5 faizi isə Moskva meriyasının mülkiyyətində qalıb, cəmi 1 faizini "KBF AST" özündə saxlayır. "Fortrast Global" şirkətinin saytında yerləşdirilmiş məlumat da Telman İsmayılovun həmin torpaq sahəsini yeni investora verdiyini təsdiqləyir.
Həmin investor - şirkətin minoritar səhmdarlarından biri və rəhbəri İsazadə Zaur Natiq oğludur. Bu şəxs eyni zamanda "Luazo Corporation" şirkətinin baş direktorudur. "Fortrast Global"ın saytında göstərilir ki, Moskvanın Nikitsk bulvarında otel kompleksinin inşası layihəsi həmin şirkətin investisiya portfelinə daxildir.
Bəs "AST Telman"dan torpaq alıb hotel tikmək istəyən Zaur İsazadə kimdir? İddiaya görə, Zaur İsazadə Vəzirovun qohumudur. Daha doğrusu, Vəzirovun qardaşı qızının əridir. Eyni zamanda o, "ABB Moskva"nın artıq sabiq rəhbəri olan Fuad Abdullayevin yaxın adamlarından hesab edilir. Fuad Abdullayevin həmçinin "AST Telman"la Moskvada illərdir mülk mübahisəsinin olduğu da həmin vaxt yayılan xəbərdə qeyd edilirdi. Bildirilirdi ki, İsazadənin "FBB Moskva"da yüz milyon dollarla krediti var və əksər kreditlərin verilməsində birbaşa vasitəçilik edir.
Məlumata görə, Moskvada bir qrup azərbaycanlı vətənpərvər bir müddət əvvəl "Bakı" kinoteatrını alıb orada Azərbaycan Mədəniyyət Mərkəzi yaratmaq istəyiblər. Cahangir Hacıyev bu təşəbbüsü bəyənib və Fuad Abdullayevə azərbaycanlılara kömək etməyi tapşırsa da, sonuncu onlara cürbəcür əngəllər yaradıb - həm də Zaur İsazadənin köməkliyi və iştirakı ilə.
Bütün bu yazılanların fonunda Cahangir Hacıyevin yaxın adamlarından olan F. Abdullayevin "vurulması"nın konkret səbəbini demək çətindir, amma bu birmənalıdır ki, "ABB-Moskva"nın artıq sabiq olan rəhbərinin vəzifəsindən kənarlaşdırılmasında Cahangir Hacıyev və Beynəlxalq Bank ətrafında baş verənlərin də təsiri var. Məlum rəhbər dəyişikliyinin qəfil baş verməsi belə ehtimalı daha da qüvvətləndirir.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-29 01:07:51
2024-12-29 01:00:26
2024-12-29 00:28:56
2024-12-29 00:08:51
2024-12-29 00:04:31
2024-12-28 23:42:42
2024-12-28 23:41:59
2024-12-28 22:51:21
2024-12-28 22:07:02
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07