Səlim Müslümovdan yeni layihə
12:56 05-11-2015
CƏMİYYƏT
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Azərbaycanda sosial müdafiə
sisteminin uşaqların rifahı baxımından geniş təhlili" mövzusunda təqdimat olub
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Uşaq Fondunun (UNİCEF) ölkəmizdəki nümayəndəliyi tərəfindən "Azərbaycanda sosial müdafiə sisteminin uşaqların rifahı baxımından geniş təhlili" mövzusunda təqdimat olub.
Tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov uşaqların müdafiəsinin, onların fiziki və mənəvi inkişafının Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial siyasətinin mühüm komponentlərindən olduğunu vurğulayıb. Nazir sosial təminat sisteminin əhatə etdiyi əhali kateqoriyaları sırasında uşaqların da mühüm yer tutduğunu bildirib: "Ölkəmizdə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə və 20 Yanvar əlillərinin, şəhid ailələrinin, müddətli həqiqi hərbi xidmət qulluqçularının 16 yaşa çatmamış uşaqları, aztəminatlı ailələrin 1 yaşınadək uşaqları və müvafiq təbəqələrdən olan digər uşaqlar aylıq sosial müavinətlə təmin olunurlar. Beşdən çox uşağı olan qadınlara hər bir uşağa görə aylıq müavinət verilir. Ünvanlı dövlət sosial yardımı alan ailələrdəki ailə üzvlərinin də 47,6 faizi məhz uşaqlardan ibarətdir. Sosial xidmət müəssisələrində 340-a yaxın uşaq daimi dövlət təminatında yaşayır və Nazirliyin sosial sifarişləri əsasında 1500-dən çox uşağa və ailələrinə reabilitasiya yönümlü sosial xidmətlər göstərilir".
S.Müslümov uşaqlarla bağlı aparılan siyasətin uğurlu icrasında UNİCEF-lə əməkdaşlığın önəmini vurğulayıb: "Xüsusən UNİCEF-lə birgə icra olunan "Uşaq qayğı sistemində islahatlar" üzrə Tədbirlər Planını, həmin Plan üzrə müvafiq təbəqələrə aid uşaqlar üçün sosial reabilitasiya sisteminin institusional və texniki baxımdan dəstəklənməsi yönündə aparılan işləri müsbət qiymətləndirmək olar. Ötən ilin iyununda 2014-2015-ci illər üzrə Fəaliyyət Planı da imzalanıb ki, bu da əməkdaşlığın uğurlu davamına və daha geniş fəaliyyət sahələrini əhatə etməsinə səbəb olub. Həmin sənəddə çətin həyat şəraitində olan uşaqların, onların ailələrinin sosial xidmətlərə çıxışının texniki dəstəklənməsi, sosial sifarişlər üzrə prioritetlərin müəyyənləşdirilməsi və müvafiq texniki tapşırıqların hazırlanması, nazirliyin tabeliyindəki bərpa mərkəzlərinin sosial reabilitasiya imkanlarının artırılması və s. kimi vacib istiqamətlər əksini tapıb".
Nazir UNİCEF-in Azərbaycan nümayəndəliyi tərəfindən ölkəmizdə milli sosial müdafiə sisteminin uşaqların rifahı baxımından geniş təhlil apardığını qeyd edərək, bu təhlilin nəticələrinin uşaqların sosial müdafiəsi sahəsində siyasətin təkmilləşdirilməsi işlərində əhəmiyyətli ola biləcəyini diqqətə çatdırıb. UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri A.Şilakadze uşaqların müdafiəsi, onların sosial təminat və reabilitasiya sistemi ilə əhatə olunması sahəsində Azərbaycanda mühüm işlərin görüldüyünü qeyd edib. O həmçinin sosial təminat sisteminin təkmilləşdirilməsi üçün həyata keçirilən islahat tədbirlərinin təqdirəlayiq olduğunu, aparılmış təhlilin bu işlərə institisional dəstək verilməsinə yönəldiyini bildirib. Daha sonra UNİCEF-in Azərbaycan nümayəndəliyi tərəfindən Azərbaycanda sosial müdafiə sisteminin uşaqların rifahı baxımından geniş təhlili ilə bağlı təqdimat olub.
Tədbirdə aparılmış təhlilin nəticələri nəzərə alınmaqla, Azərbaycanda uşaqların sosial müdafiəsi ilə bağlı strateji istiqamətlərdə əsas Konsepsiya sənədinin hazırlanması, Hökumətlə razılaşdırılması və təsdiq edilməsi məsələləri müzakirə olunub. Həmçinin Konsepsiya sənədindəki əsas elementlərin UNİCEF-lə birgə pilot işlərinin yerinə yetirilməsi, uşaqların müdafiəsi prinsipi əsas götürülməklə Sosial Müdafiə üzrə Strateji Fəaliyyət Planının hazırlanması və digər məsələlərə dair müzakirələr aparılıb.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-12-29 00:28:56
2024-12-29 00:08:51
2024-12-29 00:04:31
2024-12-28 23:42:42
2024-12-28 23:41:59
2024-12-28 22:51:21
2024-12-28 22:07:02
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00