Bakıda qeyri-rəsmi nikah münasibətində olduğu Altay Həsənov tərəfindən öldürülən Yasəmən Novruzovanın hamilə olduğu açıqlanıb.
Unikal.org xəbər verir ki, Xəzər Rayon Prokurorluğundan report-a verilən məlumata görə, 34 yaşlı qadın qətlə yetirilərkən 4 aylıq hamilə imiş.
Meyit ekspertlərin iştirakı ilə basdırıldığı yerdən çıxarılıb.
A.Həsənov tutulub.
Araşdırmalar davam etdirilir.

12:47

Daxili İşlər Nazirliyi Bakıda qeyri-rəsmi nikahda yaşadığı qadını öldürərək basdıran şəxsin cinayəti ilə bağlı məlumat yayıb.
Avqustun 14-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Altay Həsənov evində ailə-məişət münaqişəsi zəminində qeyri-rərmi nikah münasibətlərində olduğu Yasəmən Novruzovanı küt alətlə döyərək qətlə yetirib, cəsədini isə həyətində basdırıb.
Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər də məhkumluq həyatı yaşamış A.Həsənov tutulub.
Araşdırmalar davam etdirilir.

***

Bakıda kişi qeyri-rəsmi nikah münasibətində yaşadığı qadının itkin düşməsi barədə polisə məlumat verib.

Unikal.org report-a istinadən bildirir ki, hadisə paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 37 yaşlı Altay Həsənov polisə qeyri-rəsmi nikah münasibətində yaşadığı həyat yoldaşı 34 yaşlı Yasəmən Novruzovanın itkin düşməsi barədə məlumat verib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənovun Y.Novruzovanı qətlə yetirərək yaşadığı evin həyətində basdırdığı məlum olub.

Meyit ekspertlərin iştirakı ilə basdırıldığı yerdən çıxarılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.