Türkiyədə öldürülən azərbaycanlı avtoritet Rövşən Canıyevin (Lənkəranski) cənazəsi Lənkərana gətirilib.

Unikal.org "Qafqazinfoya istinadən xəbər veirr ki, onun nəşini daşıyan özəl təyyarə artıq Lənkəran aeroportunda eniş edib.

Aeroportda böyük izdiham müşahidə olunur. Hava limanında 2-3 min yerli sakinin olduğu bildirilir. Vətəndaşlar Lənkəranskinin cənazəsini evinə qədər, "Allahu Əkbər" və "Rövşən, Rövşən deyərək yola salırlar.


***

00:05

Türkiyədə baş vermiş silahlı hücumdan sonra xəstəxanada dünyasını dəyişən azərbaycanlı avtoritet Rövşən Canıyevin (Lənkəranski) cənazəsi Lənkərana gətirilib.

Unikal.org-ın xəbərinə görə, bu barədə "Report"un Lənkəran şəhər hava limanında olan əməkdaşı məlumat verib.

İstanbul-Lənkəran xüsusi reysi ilə yola çıxan təyyarə Bakı vaxtı ilə saat 22:30-da Lənkəran şəhər hava limanına eniş edib.Azərbaycanın bütün rayonlarından 2 minə yaxın insan cənazəni qarşılamağa gəlib. Bu səbəbən Lənkəranın Kərgəlan kənd dairəsindən Gərmətük qəsəbəsi dairəsinə qədər olan yolda avtomobillərin sıxlığı yaranıb və hərəkət məhdudlaşıb.

R.Lənkəranski avqustun 19-da Lənkəran şəhər, Kiçik Bazar məhəlləsindəki Sardaxıl qəbiristanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, hadisə avqustun 17-dən 18-nə keçən gecə İstanbul şəhərində baş verib. Belə ki, Barbaros bulvarında, otellərdən birindəki toplantıdan dövlət seriya nişanı "90 ND 011 nişanlı avtomobillə ayrılan R.Lənkəranski digər maşınla otelin qarşısına gələn 2 nəfərin silahlı hücumuna məruz qalıb. İş adamına hücum etmiş silahlı şəxslər hadisə yerindən qaçıblar. R.Lənkəranski və sürücüsü xəstəxanaya aparılıb.