Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriya ərzisində qansunsuz silahlı birləşmənin tərkibində iştirak etməkdə təqsirləndirilən Zöhrab Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Vəkili Adəm Məmmədov vəsatətlərlə çıxış edib.
Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin ekspert rəyinə əsasən ağır dərəcəli xəsarət olduğundan cinayət işinin icraatının dayandırılmasını və həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini istəyib.
Birinci vəsatət baxılmamış saxlanılıb, digəri isə təmin edilməyib.
Məhkəmənin baxışı avqustun 31-nə təyin edilib.
Qeyd edək ki, bu il fevral ayınnın 12-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumat yayıb. Müəyyən edilib ki, Zöhrab Məmmədov, 2012-2015-ci illər ərzində qeyri-qanuni yollarla Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisinə keçiblər. Onlar həmin dövlətlərin ərazisində qanunsuz fəaliyyət göstərən "İslam dövləti (İŞİD)" və digər terrorçu təşkilatların, eləcə də başqa qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçib, müxtəlif növ odlu silahlardan istifadə təcrübəsinə yiyələniblər. Təlimlər başa çatdıqdan sonra onlar Suriya və İraq ərazisində sabit terrorçu və digər qanunsuz silahlı birləşmələrin tərkibində hərbi əməliyyatlarda və döyüşlərdə iştirak ediblər.
Z.Məmmədov Suriya ərazisindəki "Mühacir Ansar", İ.Muxtarov isə İraqdakı "Muvahidd camaatı" adlı qanunsuz silahlı birləşmələrin tərkibində hərbi əməliyyatlarda fəal iştirak edib və bu zaman yaralanaraq müxtəlif bədən xəsarətləri alıblar.