Bir neçə həftə əvvəl "WhatsApp"dakı məlumatların "Facebook"da paylaşılması barədə yenilik edilib. Yenilik etirazlara səbəb olub.

Unikal.org milli.az-a istinadla bildirir ki, bu etirazlar Almaniyada "işə yarayıb". Belə ki, Almaniyada "Whatsapp" istifadəçilərinin məlumatları "facebook"da paylaşılmayacaq. Bu tətbiq təxminən 35 milyon alman istifadəçisinə aid olacaq.

Qeyd edək ki, "Facebook" iki il əvvəl "Whatsapp"ı alarkən məlumatların feysbukda paylaşılmayacağını vurğulasa da, sözünə əməl etməyib.