Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Alakol kənd sakini, 1957-ci il təvəllüdlü Zahid Ələkbərov qarının kəsilmiş deşilmiş yarası xəsarəti ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
O dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Z. Ələkbərovun mübahisə zəminində qonşusu tərəfindən bıçaqlandığı bildirilir.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.