Xəbər verdiyimiz kimi, Zərdabın Yarməmmədbağı kəndində 33 yaşlı Aqşin Astanov həyat yoldaşı 23 yaşlı Rüxsanə Astanovanı başını kəsərək öldürüb.
Unikal.org ARB TV-yə istinadən xəbər verir ki, mərhumun qohumlarının sözlərinə görə, çobanlıq edən Aqşin Astanov son vaxtlar ailənin qayğılarına biganə yanaşıb.
Ehtiyac içərisində olan ailəyə qonşular kömək edib. Bunu eşidən Aqşin Astanov gecə saatlarında evə gələrək, 3 azyaşlı övladının gözu önündə həyat yoldaşına balta ilə zərbə endirib, ölmədiyini görüncə başını bədənindən ayırıb.
Mərhumun qohumu Sahib Məcnunov qətllə bağlı bunları deyib: "Kənd camaatı dedi ki, başını kəsəndən sonra əlində fırladırmış. Camaat görüb ki, əlində baş var. Uşaqlar da qorxudan harasa qaçıblar. Sonra gəlib tutublar.
Mərhumun anası Gülnarə Məcnunova isə kürəkəninin əqli problemlərinin olduğunu bildirib: "Başı çatmır, dəlidir. Mən nə bilim axı? Dəli olduğunu bilsəydim, ona qız verməzdim.
Rüxsanə Astanovanın babası Qulu Məcnunov isə əlavə edib ki, Aqşin nəvəsini onu polisə verdiyinə görə öldürüb: "Polisə xəbər verib ki, ərim məni tullayıb bura, özü də filan yerdədir. Xəbər veriblər ərinə, deyiblər ki, qız səni şikayət edib, səni tutacaqlar. O da gəlib baltanı götürüb.
Qeyd edək ki, Aqşin Astanov bundan öncə iki dəfə ailə həyatı qurub. Onun sonuncu nikahdan 3 uşağı var. Faktla bağlı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.