Dünən Bakının mərkəzində - Yusif Səfərov küçəsindəki mənzildə həyat yoldaşını vəhşicəsinə döyərək öldürən şəxs tutulub.
Unikal.org-un məlumatına görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 37 yaşlı Dilarə Hüseynovanı qətlə yetirən 1974-cü il təvəllüdlü Əkbərzadə Namiq İsa oğlu yaxalanaraq istintaqa təhvil verilib. O, ilkin olaraq hadisəni qısqanclıq zəminində törətdiyini deyib.
Bildirilir ki, əri tərəfindən taxta ilə döyülərək öldürülən Dilarə Hüseynova Bakı Biznes və Koorperasiya Kollecində müəllim işləyirmiş.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı davam etdirilir.
lent.az-ın məlumatına görə, faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ölümə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.