Lotu Quli (Nadir Səlifov) ilə Azərbaycanın ən titullu "oğruları arasında problem Bayıl təcridxanasında baş vermiş bir hadisədən başlayıb. Belə ki, "Quli oğru etiketlərinə zidd olaraq "böyük qardaş - "Sabirabadlı Hikmət kimi tanınan Hikmət Muxtarova əl qaldırıb. Məhz bu hadisədən sonra digər azərbaycanlı oğrular da bu və ya digər dərəcədə tərəf tutmağa başlayıblar.
Telefon danışıqlarından məlum olur ki, "Lotu Qulinin o vaxt cəza çəkdiyi 13 saylı cəzaçəkmə müəssisəsində öldürülməsi planını Rövşən Lənkəranskinin klanına daxil olan İlqar adlı şəxs hazırlayıb. O, "Lotu Quli ilə eyni həbsxanada cəza çəkən Hikmət Muxtarovla (Sabiraabadlı Hikmətin ad-soyad adaşı) hansısa yolla yaxın münasibət qurub. Daha sonra "Lotu Qulini həbsxanada öldürmək üçün inanılmış adam tapdığını "Rövşən Lənkəranskiyə çatdırıb. Sonuncu bu təkliflə razılaşıb və məsələnin həllini İlqara həvalə edib. Ancaq plan baş tutmayıb, çox güman ki, "Lotu Qulinin həbsxanada ona sui-qəsd hazırlanmasından xəbəri olub və zəhərləmə əməliyyatı alınmayıb.
Bəs LənkəranskiNadir Səlifovla niyədüşmən olub?
Yuxarıda qeyd etdiyimiz kimi bu düşmənçilik məhz "Qulinin hərəkətindən sonra hələ "Sabirabadlı Hikmətin sağlığında Moskvada 9 "oğrunun toplaşdığı "sxodkada qəbul edilən qərarla bağlıdır. Həmin qərar "Qulidən "oğru adının alınması barədə olub. Bu şifahi qərar yazılı formada Azərbaycanın əksər "zonlarına paylanılıb. Bundan sonra kriminal aləmdə azərbaycanlılar arasında parçalanma dərinləşib, tərəflər çoxsaylı itkilər verib. Öldürülənlər sırasında bir çox "qanuni oğrular "Sabirabadlı Hikmət, "Otar, "Nardaranlı Mirseymur, "Ağbaş Çingiz və başqaları olub.
Həmin "sxodkada iştirak edənlərdən biri də Rövşən Lənkəranski olub. Bir sözlə, "sxodkanın qərarını Lənkəranski də dəstəkləyib.
Təbii ki, belə olan halda onunla "Quli arasında münasibətlər korlanmalı idi. Digər tərəfdən, kriminal aləmdə Gürcüstan klanı "Qulini "oğru kimi qəbul edirdi. Rövşən Lənkəranskinin bu klanın xaç atası sayılan Aslan Usoyanla ("Ded Xasan) problemi olduğu isə heç kimə sirr deyildi.
Bundan sonra "Lotu Quli də hərəkətə keçmişdi. Yuxarıda adlarını qeyd etdiyimiz nüfuzlu azərbaycanlı qanuni oğrular qətlə yetirildikdən sonra həmin "sxodkadan sağ qalan təkcə "Lənkəranski idi deyə, "Quli onun haqda Azərbaycan və Rusiya həbsxanalarına "proqon göndərir. Həmin "proqonda "Rövşən Lənkəranskinin qanuni oğru adından məhrum edildiyi bildirilir.
İnternet resurslarının və mənbənin köməkliyi ilə həmin "proqonun mətnini də əldə edib. Orada deyilir:
"Hər vaxtınız xeyir olsun, məhbuslar. Sizə və Oğru Evinizə rifah və sülh diləyirəm. Ən xoş hisslərlə sizi oğru qardaşlar adından salamlayıram. Əvvəlcə sizlərə bir-birinizlə mehriban və ayrılmadan yaşamağı arzulayıram. Oğru qanunlarına uyğun nümunəvi məhbus həyatı yaşayan məhbus kimi sizlərin də bu müqəddəs qanunlara hörmətlə yanaşdığınızı bilirəm. Həmçinin, bildiyiniz kimi, oğru proqonları məhz oğrular tərəfindən verildiyinə görə, bir oğru kimi mənim proqonuma da hörmətlə yanaşacağınızı bilirəm.
Kim oğru qanunlarını tapdalayacaqsa, onun cəzası da oğru qanunlarıyla veriləcək. Aramızda bir sıra problemlər olub, var və olacaq. Amma biz bütün problemləri öz qanunlarımızla həll edəcəyik.
İndilikdə isə sizə Rövşən Lənkəranskiylə bağlı məqamı çatdırmaq istəyirəm. Hamınız biləsiniz ki, Rövşən Lənkəranski heç kimdi və o, adı öz üzərinə götürə bilməz. Bu, oğruların qərarıdır. O ki qaldı Hacı ("Beyləqanski) və Rüfətə ("Gəncinski) onlar yalançıdırlar. Belə yaramazlar bütün zamanlarda olub və onlardan bütün ciddiliklə hesab sorulacaq.
Sizə uğurlar və qızıldan da qiymətli olan azadlığı arzulayıram. Özünüzü və oğru ideyalarınızı qoruyun. Bu proqon Azərbaycanın və Rusiyanın bütün həbsxanalarına yayılsın. Ən xoş arzularla Oğru Quli.
Məhz bundan sonra Azərbaycanlı "qanuni oğrular Moskvada qanlı "razborkalara start verirlər. Və bu "razborkalar hətta indi də - "Lənkəranski öldürüləndən sonra belə davam edir.