Bakıda quldurlar ev sahibinin boğazına ip keçirərək onun pul və silahlarını aparıblar.

Unikal.org report-a "Report"un xəbərinə görə hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Dədə Qorqud qəsəbəsində yeni tikilidə yaşayan 1945-ci il təvəllüdlü Həsənov Hafiz Baladadaş oğlu iki nəfər naməlum şəxsin hücumuna məruz qalıb. Belə ki, iki nəfər evin pəncərəsindən içəri daxil olaraq H.Həsənovun başına yorğan atıb, boğazına ip keçirərək hədə-qorxu gəliblər. Naməlum şəxslər çarpayının altındakı 1 400 manat pulu, müvafiq sənədləri olan "Toz-12" və "Toz-16" markalı ov tüfəngini götürüblər.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.