Bakıda Strateji Araşdırmalar Mərkəzinin ofisindən oğurluq edilib.

Unikal.org-un Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də Strateji Araşdırmalar Mərkəzində işləyən aparıcı mütəxəssislərdən birinin iş otağındakı seyfdən 1500 manat və 6000 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən orada nəzarətçi işləyən Füzuli rayon sakini Rauf Kamallı və mühafizəçi - Bakı şəhər sakini Zaur Quliyev tutulublar.