Bir neçə gün əvvəl Ağsu rayonunda kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilən 31 yaşlı Şəbnəm Xəlilova komadan çıxıb.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Ərəbuşağı kənd sakini olan Ş.Xəlilova polisə ilkin ifadəsində əri tərəfindən bıçaqlanmadığını deyib. O, bildirib ki, özü-özünə bıçaqla zərbələr endirib.
Qeyd edək ki, hadisə vaxtı Ş.Xəlilovanın həyat yoldaşı Fariz Xəlilov sərxoş vəziyyətdə olub. Polis şübhəli şəxs qismində onu saxlayıb. O, ifadəsində hadisəni xatırlamadığını, həyat yoldaşını bıçaqlayıb-bıçaqlamadığını bilmədiyini deyib.
Faktla bağlı araşdırmalar davam etdirilir.