Balakəndə evlərdən və avtomobillərdən oğruluq edən 3 nəfər həbs edilib.

Unikal.org xəbər verir ki, Balakən rayon Polis Şöbəsindən apa-ya verilən məlumata görə, Katex və Kortala kəndlərində bir qrup sakinin evlərinin həyətyanı sahələrindən təsərrüfat əşyaları və avtomobil ehtiyat hissələri oğurlanıb.

Aparılan axtarış-əməliyyat tərbirləri nəticəsində cinyəti törədənlər, Hənifə kənd sakini, 1992-ci il təvəllüdlü Elçin Məhəmməd oğlu Musayev, Qaravəli kənd sakini, 1996-cı il təvəllüdlü Mirvan Oruc oğlu Qurbanov və Tülü kənd sakini, 1994-cü il təvəllüdlü Rəsul Bahaddin oğlu İsmayılov saxlanılıb. Oğurlanmış əşyalar onlardan götürülərək maddi sübut kimi istintaqa təhvil verilib.

Faktla bağlı Balakən RPŞ-də CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, təqsirləndirilən şəxslərin digər cinayətlərdə iştirak edib-etməməsi araşdırılır.