Şəkidə 45 yaşlı kişi bıçaqlanaraq qətlə yetirilib.
Unikal.org xəbər verir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gecə 02.00 radələrində Şəki şəhər sakini, 1970-ci il təvəllüdlü Mehman İsrail oğlu Əsgərov başının ənsə nahiyəsinin bıçaqla kəsilmiş yarası ilə xəstəxanaya daxil olub. Müayinə zamanı onun qanaxmadan öldüyü məlum olub.
İlkin araşdırma zamanı məlum olub ki, Mehman Əsgərovu Şəki şəhəri M. Ə. Rəsulzadə küçəsi 44 ünvanında qohumu bıçaqlayıb.
Şəki Şəhər Rayon Polis Şöbəsindən qətl faktı təsdiqlənib. Hadisəni törədən şəxsin kimliyi açıqlanmasa da, onun saxlanıldığı bildirilir.
Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.