Azərbaycan şou-biznesinin ən səmimi üzvlərindən olan prodüser Tarix Əliyev (Tolik) lent.az-ın efirində canlı yayım zamanı maraqlı etirafları ilə diqqət çəkib.

Unikal.org xəbər verir ki, Tolik hərbi xidmətə yollanmamağının əsl səbəbini açıqlayıb:

"Mənim əsgərliyə getməməyimi niyə başqa yerə yozurlar, başqa şey fikirləşirlər axı? Mənim əsgərliyə getməmək səbəbim düşündükləri kimi deyil. Mən qolumu kəsmişdim. Baxdılar, hərbi xidmətə yollanmağa icazə vermədilər. 35 yaşıma kimi mən hərbiyə yararlı olmuşam. Mən sizə ad çəksəm ki, kimlər əsgərliyə gedib... Məndə olan vətən sevgisi heç onlarda yoxdur".