"Mən Azərbaycana gələndə şou-biznesin gəlirli dövrü idi. Başqa millətlər də bura gəlirdi. Bizim şou-biznesdə xaricdən gəlib və baş çıxaran yeganə müğənni mən oldum. Mən tək idim, metroda, avtobusda gəzirdim, kirayədə qalırdım. Həmişə deyirdim ki, Allahım, mənə birotaqlı ev, ən az "07 markalı maşın qismət et".
"Var... Heç vaxt onlara pislik arzu etməmişəm. Amma görürəm ki, Allah onları pis vəziyyətə qoyub. Bir dəfə gənc müğənni xalq artistinə qayıtdı ki, mənə 70, sizə 30 faiz adam qulaq asır. Xalq artisti dedi ki, təki mənə qulaq asan 30 faiz sənə də qulaq assın. İndi Azərbaycan tamaşaçısı nəyə gəldi qulaq asır".