Müğənni Hülya Avşar İstanbuldakı konsert məkanlarından birində səhnəyə çıxıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Avşarı dinləməyə gələnlər arasında Yeşim Salkım və sevgilisi Murad Karabov da olub. Hülya Yeşimi səhnəyə dəvət edib və o, danışarkən ağzını tutub. Salkım "Hülya Avşar arxamdan vurmayan tək qadındır" dedikdən sonra ikili qucaqlaşıb.
Gecənin daha bir diqqətçəkən məqamı isə Hülyanın libası olub. Kənarı transparan olan geyim model İrina Şeykin bir müddət əvvəl geyindiyi libasla oxşar olub.