İsveçrə vətəndaşı Vale kantonunun hökumət orqanı tərəfindən hərraca çıxarılan avtomobilin nömrə nişanına görə ölkə üçün rekord məbləğdə - 158 min dollar ödəyib.

Unikal.org xəbər verir ki, hərracın təşkilatçıları nömrə nişanını hərraca bir ay bundan öncə - fevralın 15-də çıxarıb. "VS 1 nömrə nişanı 17 nəfərin diqqətini çəksə də hərracın qalibi "Matrans təxəllüslü anonim iştirakçı olub. O, 133 min dollarlıq (135 min frank) "SG 1 nömrə nişanına aid ötən rekordu yeniləyib.