DÇ-2018-in seçmə mərhələsində milli komandamızla qarşılaşacaq Almaniya yığması artıq Bakıdadır.
Unikal.org-un apasport.az-a istinadən məlumatına görə, bu gün Bakı vaxtı ilə saat 17:30-da Düsseldorfdan çarter reysi ilə yola düşən bundestim təxminən 5 saat yarımlıq uçuşdan sonra Azərbaycana çatıb. Qonaqlar hava limanından birbaşa məskunlaşacaqları "Boulevard Hotelə yollanıblar. Almaniya yığması Bakıdakı yeganə məşqinə sabah saat 17:45-də çıxacaq. Hazırlıq prosesi oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Qeyd edək ki, Azərbaycan - Almaniya oyunu martın 26-da saat 20:00-da start götürəcək.
![almaniyanin futbol uzre milli komandasi bakiya gelib almaniyanin futbol uzre milli komandasi bakiya gelib](http://apa.az/upload/images/news/2017/march/24/big/93c5642a2edd62c03c74a0547cd3b69f.jpg)
![almaniyanin futbol uzre milli komandasi bakiya gelib almaniyanin futbol uzre milli komandasi bakiya gelib](http://apa.az/upload/images/news/2017/march/24/big/1-2.jpg)