Azərbaycan milli komandasının 3 cüdoçusu Rusiyanın Sankt-Peterburq şəhərində gənclər arasında Avropa Kubokunda medal qazanıb.

Azərbaycan Cüdo Federasiyasından Unikal.org-a verilən məlumata görə, Natiq Qurbanlı (55 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün birinci pilləsinə yüksəlib. Kəramət Hüseynov (60 kq) və Musa Şəkərəliyev (100 kq) isə Avropa kubokunun bürünc medallarına sahib olublar.

Qeyd edək ki, beynəlxalq yarışda qitənin 17 ölkəsindən 290 cüdoçu (200 oğlan, 90 qız) mübarizə aparıb.