ABŞ-da avtomobilin yoldan çıxaraq səkiyə çırpılması nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb.

Unikal.org-un
verdiyi məlumata görə, hadisə Nyu-York şəhərindəki "Times meydanı"nda qeydə alınıb.

Şahidlər sürücünün avtomobili qəsdən adamların üzərinə sürdüyünü və hadisədən sonra polisin bir nəfəri həbs etdiyini bildiriblər.

Hadisənin yol qəzası, yoxsa terror aktı olması ilə bağlı araşdırma aparılır.