ABŞ senatoru Con Makkeyn Türkiyə səfirinin Vaşinqtondan çıxarılmasını tələb edib.
Unikal.org xəbər verir ki, "MSNBC kanalına müsahibəsində senator: "Biz ABŞ-dan onların (Türkiyə-red) səfirini çıxarmalıyıq. Cəhənnəmə olsun. Diplomatiya səviyyəsində bu cür şeylər cavabsız qala bilməz-deyə bildirib.
O, həmçinin əlavə edib ki, Türkiyə səfirliyi qarşısında baş verən hadisə ilə bağlı hüquqi tədbirlər görülməlidir.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın ABŞ-a səfəri zamanı PKK terrorçu təşkilatının tərəfdarları Türkiyə səfirliyi qarşısında etiraz aksiyası keçirib. Türk vətəndaşları nümayişçiləri səfirliyin qarşısından uzaqlaşdırmaq istəyib. Nəticədə tərəflər arasında dava düşüb.
Qeyd olunub ki, davada prezidentin mühafizəçiləri də iştirak edib.